Zidan: "Ronaldo bu cür təkbətək matçlarda oynamaq üçün yaşayır"

26.05.2018 | 2668 dəfə oxunub

"Çempionlar Liqasının finalına çıxmaq çətindir. Həlledici matçda yenidən oynayacağımız üçün şadam. Klubun tarixinə baxdıqda bizim etdiklərimiz məni sevindirir. Mən buna görə yaşayıram. Təbiətcə döyüşçü ruha sahibəm, yarışmağı sevirəm. Çox çalışdığımız üçün bu yerdəyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Liverpul"la oyun öncəsi deyib.

O, komandanın hücumçusu Kriştiano Ronaldonun son durumu haqda da danışıb: "Ronaldo yaxşıdır.  O, 150 faiz hazır olmasa da, 140 faiz belə çox yaxşıdır. Mövsümün son oyununa çıxırıq. Ronaldo bu cür təkbətək matçlarda oynamaq üçün yaşayır".

Zidan finalın favoriti olmadıqlarını vurğulayıb: "İnsanlar kimin favorit olması barədə çox düşünür. Amma onu deyə bilərəm ki, oyunun favoriti yoxdur. Komandaların şansları bərabərdir. Biz öz oyunumuzu göstərməliyik və qalib gəlməyə çalışmalıyıq. Özümüzü favorit hesab etmirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail