"Atatürk" Olimpiya Stadionu yenidən inşa olunacaq

27.05.2018 | 3112 dəfə oxunub

Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya Stadionu yenidən inşa olunacaq. Stadium.Az xəbər verir ki, bu barədə Türkiyənin 2024-cü il Avropa çempionatı üçün sifariş kitabında bildirilir.

Arenanın üstü bağlanılacaq və azarkeş tutumu 92.208 nəfərədək yüksəldiləcək. 

2020-ci ildə Çempionlar Liqasının final oyununun keçiriləcəyi stadionun hazırkı vəziyyətində qapı arxası küləyə məruz qalır. Yeni layihə ilə bu problem minumuma endiriləcək və küləyin oyuna təsiri azaldılacaq.

Stadionda həmçinin 191 loja planlaşdırılır. Olimpiya Stadionunda konsertlər, iclaslar, konfranslar və digər tədbirlər keçirmək mümkün olacaq.

Yeni arenanın açılışı isə 2023-cü ilə nəzərdə tutulub. 2020-ci ildə Çempionlar Liqasının final oyununa görə tikintinin əvvəlcədən başlanıb-başlanmayacağı bəlli deyil.

"Atatürk" Olimpiya Stadionu 2002-ci ildə istifadəyə verilib. Arena hazırda 76.761 azarkeş tutumuna malikdir. 2005-ci ildə Çempionlar Liqasının finalı məhz bu arenada keçirilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail