Araz Abdullayev: "İndidən nəsə deyə bilmərəm"

27.05.2018 | 2878 dəfə oxunub

Mayın 29-da Bakıda Qırğızıstan millisiylə qarşılaşacaq Azərbaycan millisinin üzvü Araz Abdullayev oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Qarşıda bizi 3 oyun gözləyir. Çoxu deyir ki, sadəcə, yoldaşlıq görüşləridi. Lakin bizim üçün vacib oyunlardı. Bu matçlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm. 

- Kiprdə 33 oyunda şans qazansan da, klubda qalmadın. Buna səbəb nə idi?

- Əlbəttə, xaricdə oynamaq istəyirəm. Azərbaycanı ölkə xaricində təmsil etmək istəyirəm. Lakin “Qəbələ” ilə 6 aylıq müqaviləm var. Buna görə, indidən nəsə deyə bilmərəm.

- Qurban Qurbanov milli üzvü olan yerli futbolçuların xarici ölkə çempionatlarında oynamasını istədiyini dedi. Sənə bu barədə nə isə məsləhət verib?

- Belə söhbətimiz olmayıb. Sadəcə, komanda barədə danışmışıq. Avropaya getmək barədə danışmamışıq.

- “Anortosis”dən ayrılıq səbəbin nə idi? Məşqçin qalmanı istəyirdi. Sən necə?

- Əlbəttə, qalmaq istəyirdim. Karyeramı xaricdə davam etdirməyi arzulayıram. Lakin klublar arasında bəzi problemlər oldu. Hazırda “Qəbələ”nin üzvüyəm.

- “Anortosis”dən ayrılman səninlə, yoxsa “Qəbələ” ilə bağlı idi?

- Ola bilsin, klublar arasında pulla bağlı problem olub. Qabaqcadan bir şey deyə bilmərəm.

- Kipr çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edərdin.

- Orda 6 komanda ilk üçlük uğrunda mübarizə aparır. Burda isə cəmi 8 komanda çıxış edir. Hər halda, biz də burda yetişmişik. Öz ölkəm barədə pis heç nə demək istəməzdim.

- “Neftçi”də APOEL-ə qarşı çıxış etmişdin. Hazırda orda klubların səviyyəsi necədi?

“Anortosis” də yaxşı komandadı. Çempionatı 3-cü pillədə başa vurduq. Böyük fərq hiss etmədim. Güclü komandalardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail