Ramil Quliyevin növbəti qələbəsi VİDEO

11.06.2018 | 5806 dəfə oxunub

Azərbaycanlı atlet Ramil Quliyev növbəti parlaq qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, Türkiyəni təmsil edən həmyerlimiz “Brilliant liqa”nın Stokholmda keçirilən növbəti mərhələsində 200 metr məsafədə birinci olub. 

Ramil Quliyev 19,92 saniyə ərzində finişə çatmaqla ən yaxın izləyicisi kanadalı Aron Braunu 0,15 saniyə qabaqlayıb. 

İyunun 7-də Ramil “Brilliant liqa”nın Osloda keçirilən mərhələsində də birinci olmuşdu. Norveç paytaxtında Quliyev mövsüm ərzində ən yaxşı nəticəsinə imza atmışdı - 19,90.

Ramil Quliyev Stokholmdakı qələbəsi haqda bunları deyib: “Daha sürətli olacağımı düşünsəm də, ümumi götürdükdə vəziyyət normaldır. Avropa çempionatında bundan da yaxşı çıxış edəcəyimi hesab edirəm”. 

“Brilliant liqa” 7 mərhələdən ibarətdi. Avqustun 31-də Brüsseldə keçiriləcək sonuncu mərhələ həlledici hesab olunur. Hər mərhələdə atletlər göstərdikləri nəticəyə əsasən xal qazanırlar ki, sonuncu mərhələdə xallar ikiyə vurulur. 

Hazırda Ramil Quliyevin hesabında 24 xal var və ümumi sıralamada o, ikinci pillədə qərarlaşıb. Lider isə 25 xala malik Aron Braundu.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail