"Neftçi"dən ilk rəsmi transfer

11.06.2018 | 3173 dəfə oxunub

"Neftçi” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib. Stadium.Az xəbər verir ki, Tural Axundovla 1illik müqavilə imzalanıb. 29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək.

Tural Axundov karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən 18 nömrə 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan futbolçu, Belarusiya və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.


Bundan başqa, "Neftçi" 3 futbolçusu ilə müqaviləni yeniləyib. Komandanın kapitanı Ruslan Abışov 2 il, Məhəmməd Mirzəbəyov isə daha 1 il "ağ-qara” formanı geyinəcək. Ukraynalı müdafiəçi Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

Ötən mövsüm Abışov 30 oyunda 5 qol, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail