"Futbolçulara minnətdaram ki, belə bir vəziyyətdə mənə güzəşt edirlər"

16.06.2018 | 2287 dəfə oxunub

“Biz futbolçularımızla fəxr edə bilərik. Onlar iki ildə çox inkişaf edən, necə oynamaq lazım olduğunu bilən komandaya qarşı çıxış etdilər”.

Stadium.Az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro Portuqaliya ilə oyundan (3:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, oyun zamanı kobud səhvi ilə yadda qalan qapıçı David De Xea ilə bağlı fikirlərini də bildirib: “Biz komandayıq. Futbolçularımızdan şübhə etmirik. Bir ailəyik. Hansısa oyuna görə futbolçumuzu kənarda qoymayacağıq. Dieqo Kosta əla oyun keçirib, iki qol vurdu. Ancaq heç kimi ailəmizdən ayırmırıq. Komanda uğur qazanırsa, burada 23 futbolçunun hər birinin əməyi var”.

Yerro Xulen Lopeteqidən yaxşı komanda təhvil aldığını qeyd edib: “O, digər əməkdaşlarla çox işləyib. Lopeteqi ilk oyun üçün səliləqi planı var idi. Bizə illik plan lazımdır. Mənim çox az vaxtım var  ki, komandaya istədiyimi başa salım. Futbolçulara minnətdaram ki, belə bir vəziyyətdə mənə güzəşt edirlər. Belə oyunçular həyatımı yüngülləşdirir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail