İtaliya A Seriyasına yüksələn son klub da bəlli oldu

17.06.2018 | 3016 dəfə oxunub

İtaliya A Seriyasında növbəti mövsüm çıxış edəcək sonuncu iştirakçının da adına aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, həlledici oyunda “Frozinone” ilə “Palermo” klubları üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyunda “Palermo” 2:1 hesabıyla üstün olub. Cavab görüşündə isə “Frozinone” 2:0 hesabıyla qalib gəlməklə elitaya vəsiqəni təmin edib.

Lakin cavab görüşü kifayət qədər gərgin keçib. Bunda hakimin bir neçə mübahisəli qərar qəbul etməsi də təsirsiz ötüşməyib. Amma ən böyük qalmaqal “Frozinone”nin ehtiyat oyunçular skamyasında əyləşən futbolçuların meydana qəsdən toplar ataraq vaxt öldürməyə çalışması olub.

Matç bitən kimi “Palermo” tərəfi baş verənlərlə bağlı etirazını bildirib. Sözügedən klub bu oyunun nəticəsinin ləğv olunmasını tələb edib. Bu üzdən də hələlik, İtaliya futbolunun rəhbərliyinin yekun qərarının necə olacağı bilinmir.

Hazırkı nəticələrə görə isə, “Frozinone” “Empoli” və “Parma” ilə birgə növbəti mövsüm A Seriyasında mübarizə aparmalıdı. Bu klublar son mövsümdə elitanı tərk edən “Benevento”, “Verona” və “Krotone”ni əvəz edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail