Maradona: "Belə davam etsə, Sampaoli ölkəyə qayıda bilməyəcək"

18.06.2018 | 2733 dəfə oxunub

Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradona açıqlama verib.

Stadium.az xəbər verir ki, veteran futbolçu DÇ-2018-in qrup mərhələsinin İslandiyaya qarşı ilk matçında 1:1 hesablı heç-heçə edən Argentinanın baş məşqçisi Xorxe Sampaolini sərt şəkildə tənqid edib:

"Əgər Argentina bu taktika ilə oynamağa davam etsə, Sampaoli ölkəyə qayıda bilməyəcək. Onun oyun planı təmiz rüsvayçılıq idi. Rəqib futbolçular hündürboy idilər, ancaq künc zərbələrində top cərimə meydançasına doğru ötürüldü. Belə oyun olmaz, biabırçılıqdır. Mən futbolçuları günahlandırmıram. Günah məşqçidədir. İslandiya meydanda daha hazırlıqlı görünürdü. Bu da məni məyus edirdi".

Maradona oyunda penaltini qaçıran Messini müdafiə edib:

"Ən yaxşı futbolçular belə səhv edir. Mən belə ardıcıl 5 penalti qaçırmışam, ancaq yenə də Maradonayam. Messi əlindən gələni etdi. Penaltini qaçırdığı üçün çox üzgün görünürdü. Qələbə qazanmamaqda tək günahkar o deyil, futbol komanda oyunudur. Tanrının da dəstəyi olsa, Argentinanın bacara bilməyəcəyi təqib yoxdur".

Argentina qrupun ikinci matçında Xorvatiya ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail