Sloveniya çempionun yaxından tanıyaq

19.06.2018 | 4449 dəfə oxunub

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.

1911-ci ildə əsası qoyulan klub 2004-cü ildə dağılıb və 2005-ci ildə yenidən yaranıb. Komanda 5-ci liqadan mübarizəyə başlayaraq, hər mövsüm yüksək dəstəyə vəsiqə qazanıb. 2005-2007-ci illərdə paytaxt Lyubliyanada yerləşən Beziqrad qəsəbəsinin adına uyğun olaraq, “Beziqrad” adı ilə fəaliyyət göstərib. 2007-2008-ci illərdə isə “Olimpiya” adı ilə Beziqradı təmsil edən komanda 2008-ci ildən Lyublyananın adına çıxış edir.

Komanda 2009-cu ildə elitaya vəsiqə qazanıb. Paytaxt təmsilçisi 2015/2016 və 2017/2018-ci illər mövsümündə çempionluq sevinci yaşayıbsa, 2 dəfə gümüş və 1 dəfə də bürünc medala sevinib. “Əjdahalar” 1 dəfə də ölkə kubokunu qazanıb.

İndiyə qədər “Olimpiya” avrokuboklarda 18 oyun keçirib. Komanda bu matçlarda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 8 dəfə yenilgi yaşayıb.

Lyublyana təmsilçisinin ləqəbi “əjdahalar” və “yaşıl-ağlar”dır. Buna uyğun olaraq ev oyunlarını komanda ağ və yaşıl rəngli formalarda keçirir.

Komanda ev oyunlarını 16 min 38 nəfərlik azarkeş tutumu olan “Stozice” stadionunda keçirir.

“Olimpiya”nın prezidenti 79 yaşlı Milan Mandariçdir. O, 2015-ci ildən komandanın prezidentidir. Baş məşqçi postuna 2018-ci ildə 39 yaşlı serbiyalı İliya Stolitsa gətirilib.

Komandanın kapitanı 35 yaşlı müdafiəçi Branko İliçdir.

Mənbə: qarabagh.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail