Emin Mahmudov: "Neftçi”də qalmaq istəyirdim"

20.06.2018 | 4477 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, müqaviləsinin 2 il müddətinə artırılmasından danışan futbolçu yeni baş məşqçinin rəhbərliyi altındakı məşqlər haqda təəssüratlarını bölüşüb:

- "Neftçi”də daha iki il qalacaqsız. Müqavilənin uzadılması barədə çox fikirləşdiz?

- Danışıqlar müəyyən müddət davam etdi və nəticədə biz hər iki tərəfi razı salan ortaq məxrəcə gəldik. Çox şadam, çünki "Neftçi”də qalmaq istəyirdim. Özümü burada çox yaxşı hiss edirəm. Rəhbərliklə, komanda yoldaşlarımla, xüsusilə ən çətin vaxtlarımda mənə dəstək olan azarkeşlərlə çox yaxşı münasibətlərim var.

- Son mövsüm uğurlu başa çatsa da, komanda üçün çox çətin alındı. Buna baxmayaraq, futbolçular ancaq iki həftə dincələ bildilər. Ötən mövsümdən qalan yorğunluğu hiss edirsizmi?

- İki həftə? (gülür) Mən milli komanda ilə toplanışlarda oldum deyə, ancaq altı gün dincələ bildim. Təbii ki, müəyyən yorğunluq var, amma biz artıq növbəti mövsümə köklənməliyik. Həm də, yeni baş məşqçimizi daha yaxşı tanımalıyıq. Onun iş üslubu ilə, verdiyi tapşırıqlarla tanış olmalıyıq. Odu ki, işimiz kifayət qədər çoxdu.

- Roberto Bordin komandaya dörd məşq keçib. Təəssüratlarınız necədi?

- Bu, standart məşqlər idi. Qaçışlarla kifayətlənirdik, ancaq dünən topla işlədik. Formamızı bərpa edirik, ona görə də ilk təəssüratlardan danışmaq çətindi.

- Yeni transferləri necə qiymətləndirirsiz?

- Baqali Dabonun yüksək səviyyəyə malik futbolçu olduğu hamıya məlumdu. O, ötən mövsümün ən məhsuldar oyunçusudu. Dario Frederiko isə diqqətimi elə "Kəpəz”də cəlb etmişdi. Çox yaxşı futbolçudu. Rəşad Eyubovla Tural Axundovu da tanıyıram. Şadam ki, onlar artıq bizə qoşulub. Xorvatiyalı Slavko Braliçə də komandamızda uğurlar arzulayıram. Rəhbərlik uğur qazanmaq üçün lazımı işlər görür. İnanıram ki, həm yeni futbolçular, həm də komandada olanlar bu mövsüm üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail