Dabo: "Daha çox özümüzü fikirləşməliyik"

21.06.2018 | 3473 dəfə oxunub

"Neftçi"nin hücumcusu Baqali Dabo klubun rəsmi saytına açıqlama verərək Avropa Liqasının püşkünü dəyərləndirib.

Stadium.Az xəbər verir ki, yeni transfer klubun rəsmi saytına açıqlamasında "Uypeşt"in düzgün qiymətləndirməyə çağırıb:

"Rəqibin kim olduğundan asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdı. Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hər bir komandanın şansı var. Uypeşt” Macarıstan çempionatından Avropa Liqasında vəsiqə qazanmış bir komandadı, bu artıq bir göstəricidi. Amma daha çox özümüzü fikirləşməliyik”.

Yeni oyunçularının "Neftçi”yə gəlməsini qeyd edən fransalı hücumçu, onların komandaya tez bir zamanda uyğunlaşmasının vacibliyindən danışıb:

"Bir neçə yeni oyunçumuz var ki, onlardan biri mənəm. Komandaya tez bir zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa Liqasında uğurlu çıxış edə bilək”. 

"Neftçi”yə bu yaxınlarda qoşulan forvard, özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib:

"Burada olduğuma görə razıyam. Növbəti mövsümə bütün komanda kimi mən də ciddi hazırlaşıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail