Klyuvert Rəsmən "Roma"da

23.06.2018 | 3174 dəfə oxunub

İtaliyanın “Roma” klubu Hollandiyanın “Ayaks” klubundan transfer etdiyi Castin Klyuvertlə rəsmi müqavilə imzalayıb.

Stadium.Az xəbər verir ki, paytaxt klubu artıq yeni transferini rəsmi saytı vasitəsilə də açıqlayıb.

19 yaşlı futbolçu “canavarlar”la 5 illik müqavilə imzalayıb. “Roma” hollandiyalı hücumçu üçün “Ayaks”a 17 milyon 250 min avro təzminat ödəyib. Klyuvertin bu klubdakı "performans"ından asılı olaraq, italyanlar Hollandiya təmsilçisinə əlavə 1,5 milyon avro də ödəyə bilər.

Klyuvert qarşıdakı mövsümlərdə “Roma” tərəfindən başqa bir kluba 25 milyondan baha qiymətə satılsa, “Ayaks” həmin məbləğin də 10 faizini əldə edəcək. Amma Hollandiya klubunun qazancı 4 milyon avrodan çox olmayacaq.

Hollandiya yığmasının sabiq hücumçusu Patrik Klyuvertin oğlu olan Castin yetirməsi olduğu “Ayaks”ın heyətində meydana çıxdığı 56 oyunda 13 qola imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail