"Neymarın hərəkətləri biabırçılıqdır"

04.07.2018 | 3924 dəfə oxunub

Danimarka millisinin keçmiş qapıçısı Peter Şmeyhel Neymarı “artistlik “ etdiyinə görə tənqid edib. Stadium.Az xəbər verir ki, keçmiş qapıçı Braziliya – Meksika oyununda Neymarın “ən yaxşı oyunçu” mükafatına layiq görülməsini təəccüblə qarşılayıb:

“Neymarın hərəkətləri biabırçılıqdır. Məncə, FİFA onun davranışlarını nəzərə almalıdır. Futbolu sevən hər kəs Neymarı qınayır. Oyun zamanı yerə yıxılan Neymar özünü elə hala saldı ki, sanki ölmək üzrə idi. Mən elə bildim ki, onu təcili yardımla aparacaqlar və biz bir daha Neymarı görməyəcəyik. Belə birini oyunun ən yaxşısı seçmək nə dərəcədə doğrudur? FİFA prezidenti Canni İnfantino oyunu izləyirdi. Neymarın utancverici davranışını İnfantino da gördü. Düşünürəm ki, belə halların qarşısı alınacaq.

Artistliyinə görə əvvəlcə Neymara xəbərdarlıq etmək, sonra isə meydandan qovmaq lazımdır. Kriştiano Ronaldo da gənc vaxtlarında Manchester United klubunda çıxış edərkən bu cür davranırdı. Sonradan başa düşdü ki, belə olmaz. Siz heç Messinin və ya Harri Keynin belə etdiyini görmüsünüz? Yox, onlar belə etmirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail