“Mattersburq”un Ramil Şeydayevi almaq israrı davam edir

10.07.2018 | 3502 dəfə oxunub

“Mattersburq” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevdən əl çəkmir. Stadium.Az xəbər verir ki, Avstriya klubu transferlə bağlı növbəti təklifini göndərməyə hazırlaşır.

Klub Bundesliqada yeni mövsümə yenilənmiş hücum xətti ilə başlamaq niyyətindədi. Komandanın bombardiri Smail Prevlyakı “Zalsburq”a, Markus Pinki “Şturm”a satan “Mattersburq” Ştefan Mayerhoferlə də yollarını ayırıb.

“Tvente”dən Marko Kvasina, “Stadl-Paura”dan isə Yefte Betankuru alan rəhbərlik Şeydayevi də heyətə cəlb etməkdə israrlıdı. Avstriyalılar “Trabzonspor”un gənc forvardını əsas heyət üçün düşünürlər.

Klubun sahibi Martin Puçer may ayında yerli mətbuata açıqlamasında Şeydayevlə anlaşdıqlarını açıqlasa da, sonradan tərəflər ortaq məxrəcə gələ bilməmiş və 22 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıtmışdı. Hazırda komanda ilə təlim-məşq toplanışında olan yığmamızın üzvü ilə bağlı yekun qərarı baş məşqçi Ünal Karaman verəcək.

Lakin “Mattersburq”un idman direktoru Frants Lederer Türkiyə klubu ilə danışıqlarda problem yaşayacaqlarına inanmadığını bildirib.

Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramil Şeydayevin “Trabzonspor”la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail