"Olimpiya"nın kapitanı: "... mərhələ keçəcəyimizə ümid edə bilərik"

10.07.2018 | 2671 dəfə oxunub

“Qarabağ”ın Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarını izləmişik”. Stadium.Az xəbər verir ki, bu sözləri Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Branko İliç deyib.

Lyublyana təmsilçisinin kapitanı Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək ilk oyunu barəsində fikirlərini açıqlayıb:

“Qarabağ” bu matçlarda yaxşı oynamaq üçün yetərincə səviyyəyə malik olduğunu göstərdi. Amma rəqib komandanın heyətində kifayət qədər dəyişikliklər olub. Bu üzdən də rəqibimiz yeni mövsümə tam hazır deyil. Ümumilikdə, “Qarabağ” yaxşı komandadı. Lakin biz də özümüzə güvənirik. Hazırlıq prosesinə inkişafa nail olmuşuq və mərhələ keçəcəyimizə ümid edə bilərik”.

İliç komandasının hazırlığını da dəyərləndirib:

“Düşünürəm ki, toplanış müddətində məşqçimizin istədiklərinin hamısının öhdəsindən gəldik. Sabah “Qarabağ”ı bizim oyunumuzu oynamağa məcbur etməyə çalışacağıq. Bunun üzərində işləmişik. Çox təhlillər aparmışıq. Xüsusilə, öz oyunumuzu təhlil edib, səhvləri aradan qaldırmışıq. Qarşılaşacağımız komandanın güclü olması daha yaxşıdı. Qalib gələcəyimizi söz verə bilmərəm. Lakin yaxşı oynamağa, ötənilki səhvləri təkrarlamamağa çalışacağıq”.

Sabah keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail