"Qarabağ” keyfiyyətli, yüksək səviyyədə təşkilatlanmış komandadı"

10.07.2018 | 3154 dəfə oxunub

“Rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. “Qarabağ”ın heyətində bir sıra dəyişikliklər edildiyindən xəbərdarıq”.

Stadium.Az xəbər verir ki, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Lyublyana təmsilçisinin çalışdırıcısı bu gün mətbuat konfransı keçirib. Yeni baş məşqçi komandasının şanslarını dəyərləndirib.

40 yaşlı serbiyalı mütəxəssis Azərbaycan çempionunun cütlüyün favoriti olduğunu gizlətməyib: “Qarabağ” keyfiyyətli, yüksək səviyyədə təşkilatlanmış komandadı. Yəni Çempionlar Liqasının qrup mərhələsində iştirak etmələri təsadüf deyil. Bu üzdən bizi çox çətin oyun gözləyir. Ancaq hansı səviyyədə olduğumuzu görmək üçün yaxşı sınaq olacaq. Klub rəhbərliyini və azarkeşlərimizi razı salmağa çalışacağıq”.

Sabah Lyublyananın “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” – “Qarabağ” görüşünün start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail