"Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı"

11.07.2018 | 2685 dəfə oxunub

“İyunun 20-dən bir araya gəlmişdik. Bildiyiniz kimi, oktyabrda bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir”.

Stadium.Az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev deyib.

Gənc çalışdırıcı İranla yoxlama oyunundakı 0:4 hesablı məğlubiyyətdən sonra AFFA-nın saytına açıqlama verib.

Quliyev asiyalılarla hər iki qarşılaşmadakı darmadağınlar (1:5, 0:4), həmçinin toplanış barədə fikirlərini açıqlayıb:

“Bu toplanışa 29 futbolçu dəvət etdik və 3 yoldaşlıq oyunu keçirdik. Nəzərimizdə olan uşaqlar haqda özümüzdə geniş fikir formalaşdırmaq üçün yaxşı imkan yarandı. Futbolçuları kifayət qədər təzyiq və sürət olmayan yerli çempionat oyunlarında izləyən zaman lazımi nəticəni çıxarmaq olmurdu. Toplanış çərçivəsində Asiyanın ən güclü komandalarından biri olan İran millisi ilə oynamaq imkanı qazandıq və keçirdiyimiz 2 qarşılaşmaya əsasən, komanda üzvləri haqda bizdə dolğun bir təəssürat yarandı”.

Quliyev bildirib ki, onun üçün yoxlama oyunlarındakı nəticələr böyük əhəmiyyət kəsb etmir:

“Bu gün bizi nəticədən çox mövqelər üzrə boşluqları görmək maraqlandırırdı. İran millisi ilə oyunlar bu boşluqları və ümumi çatışmazlıqları görmək imkanı yaratdı. Bununla da qarşıdakı toplanışlarda hansı mövqelərə yeni oyunçular dəvət etməyin vacib olduğunu müəyyənləşdirdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail