"Neftçi"yə şad xəbər: "Uypeşt"in 2 əsas futbolçusu Bakıya buraxılmadı
Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunu üçün Bakıya gələn "Uypeşt" klubu ciddi problemlə üzləşib.
Stadium.Az xəbər verir ki, komandanın iki futbolçusuna Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza verilməyib. Bunlar malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobododur.
Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcək. Belə olan halda “Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalır.
“Uypeşt” Bakı səfəri zamanı başqa problemlə də üzləşib. Komandanı çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib. Məhz buna görə, Budapeştdən yerli vaxtla saat 9:30-da yola düşən təyyarə Bakıya saat 18:40-da çatıb. Ölkəmizə gec çatdığı üçün komandanın "Dalğa Arena"da nəzərdə tutulan məşqi də baş tutmayıb. Həmçinin, baş məşqçinin mətbuat konfransı ləğv olunub.
Bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Uypeşt" matçı saat 21:00-da başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |