Modriç: "Qızıl top" vecimə deyil"

12.07.2018 | 4350 dəfə oxunub

"İngilis jurnalistlər və ekspertlər matçdan əvvəl çox danışdılar. Onlar Xorvatiyanı qiymətləndirmədilər və böyük səhv etdilər. Deyilənlərə "oldu, baxarıq, bu gün kim yorulacaq" - deyə reaksiya verdik . İngilislər özünü təvazökar aparmalı və rəqibə hörmət etməli idilər".

Stadium.Az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2018-in yarımfinalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, həm fiziki, həm də psixoloji cəhətdən dözümlü olduqlarını göstərdiklərini bildirib: " Finala yüksəlmək bizim üçün möhtəşəm uğurdur. Uzun müddətdən sonra xəyalımız gerçəkləşdi. Bu, Xorvatiya tarixinin ən böyük uğurudur.  Bununla qürur duymalıyıq".

32 yaşlı yarımmüdafiəçi "Qızıl top"u qazanmaq şansı barədə danışmaqdan isə imtina edib: "Qızıl top" vecimə deyil. Hazırda final oyununu düşünürük. Fransa ən güclü rəqiblərdən biridir. Ümid edirəm ki, onlar qarşısında yetərli gücə sahib olacağıq".

Xorvatiya - Fransa görüşü iyulun 15-i Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail