Qurban Qurbanov: "Çox yorulduq"

18.07.2018 | 4385 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya”yla Bakıdakı qolsun bitən oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Belə isti havada bu cür mübarizə aparmaq alqışalayiqdi. Futbol get-gedə taktiki mübarizəyə çevrilir, dəyişir. Çox yaxşı komandaya qarşı oynayırdıq. Oyunçularımız sona qədər əziyyət çəkdilər, düşündülər. Belə rəqiblə oynamaq xoş idi. Son vaxtlar bizi ən çox düşündürən rəqib idi. Şükür Allaha, sonda mərhələ keçən tərəf biz olduq. Azarkeşlərimizə təşəkkür edirəm. Xəbər çıxırdı ki, azarkeş az olacaq. Amma ilk oyuna görə çox yaxşı idi. Bundan sonra bizi daha çətin mübarizə gözləyir. Çempionlar Liqasına düşdükdən sonra rəqiblər bizə qarşı daha yaxşı hazırlaşır. Birlikdə daha yaxşı kollektiv olacağıq”.

- Dani Kintananın durumu nə yerdədi?

- Daninin zədəsi ola bilsin ki, ciddidi. Əzələ dartılmasıdı. Sabah müayinədən sonra bilinər.

- Növbəti mərhələdəki rəqib “Kukesi” olacaq. Bu barədə nə deyə bilərsiniz?

- Onların oyununa baxmamışam. Sabah baxacam. Belə komanalar xarakterə malik olurlar. Biz onların gücünü görmüşük. Həddən artıq diqqətli, məsuliyyətli yanaşmaq lazımdı.

- Rəqib komandanızı çox yordu. Bu yorğunluğun səbəbi hücumçu çatışmazlığı ola bilərmi?

- Bəli, çox yorulduq. Belə oyunlar futbolçuya böyük fayda verir. Onların gücü, ciddiliyi belə matçlarda daha yaxşı görünür. Bütün mövqelərdən, o cümlədən hücumdan razı qaldım. Hücum xətti bir oyunçudan ibarət olmur. Cinahdakılar da həm assisit, həm qol bacarığına malik olmalıdılar. Bəli, bəzi məqamlarda son nöqtəni qoya bilmədik. Amma komandadan razı qaldım. Hücumçu axtarışlarımız davam edir. Hər xətdə oyunçu sayının çox olmasını istərdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail