Roberto Bordin : "Yenə eyni nəticəni təkrarlayacağıq"

18.07.2018 | 3972 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə Macarıstandakı oyunu öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bakıda olduğu kimi, bu matçın da çətin keçəcəyini başa düşürük. Top fərqində üstünlüyümüz olsa da, rəqib komandanın gücünə bələdik. Bu səbəbdən bizi çətin oyun gözləyir.

- Hava şəraitinin oyuna təsiri barədə nə deyə bilərsiz?

- Birinci oyunda hava isti idi və bu, hər iki komanda üçün çətin idi. İndi isə hava normaldı və bu hər iki komandanın oynaması üçün şərait var.

- İlk oyunda “Neftçi” hansı komponentlərdə rəqibini üstələdi və növbəti görüşdə komandada eyni üstünlüyü əldə etmək üçün potensial varmı?

- İlk oyunda vurulan qoldan sonra qazandığımız əlavə motivasiya bizə üstünlük qazandırdı və nəticədə effektiv nəticə göstərdik. Ümid edirik ki, yenə eyni nəticəni təkrarlayacağıq.

- Sabah “Uypeşt”dən sürpriz gözləyirsiz?

- Sürprizin nədən ibarət olacağını bilmirəm. Sadəcə, əminəm ki, rəqib həqiqətən çox güclü oyun göstərəcək və buna hazırlıqlı olmalıyıq.

- İlk oyunda müdafiənin mərkəzində Kirill Petrovla Ruslan Abışovun oyunu sizi qane elədi?

- Ruslan və Petrov tandemi yaxşı oyun göstərdilər. Nəinki onlar, komanda halında yaxşı müdafiə olunduq. Hər ikisinin oyunundan razıyam

- Kvame Karikaridən sabahkı oyunda yararlanmağı düşünürsüz?

- Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdı. Yekun heyət barədə isə sabah qərar verəcəyik.

- İlk oyunla müqayisədə sabah heyətdə çox dəyişiklik gözlənilir?

- “İlk 11-liy”i indidən açıqlamaq düzgün olmazdı. Ancaq hər bir futbolçu sabah oynamağa hazırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail