Zaur İsmayılov: "Fikirləşirdim ki, mərhələ keçsək, şans qazanaram"

20.07.2018 | 5986 dəfə oxunub

“Keşlə” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Baltsan”a səfərdə böyük hesabla yenilən (1:4) paytaxt təmsilçisi cavab görüşündə 2:1 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında İsmayılov bu sözləri deyib:

 - Müdafiədə oturan komandaya qarşı oynamaq çətindi. Şanslarımız çox oldu, amma alınmadı. Təəssüf ki, uduzduq. “Baltsan”ı təbrik edirəm. Səfərdəki top fərqini aradan qaldırmaq çox çətin idi. “Baltsan”ın necə vaxt apardığını özünüz gördünüz. Evdə də belə oynamışdılar

- Vaqif Cavadovla Fuad Bayramov niyə ehtiyatda qaldı? Həqiqətən də, problem var?

- Oyunun gedişində hücumameylli oyunçular buraxdıq. Açığı, fikirləşirdik. Amma belə qərar verdik.

- Məmməd Quliyevin kobud səhvi oyunun qırılma anı sayıla bilər?

- Məmməd girəndən sonra qol vurduq. Texniki səhv oldu. Daha öncə də belə səhv etdi. Bəli, o epizod qırılma anı oldu. 2-3 dəqiqəyə nəsə etmək olardı. Amma bu, futboldu.

- Baş hakimdən razı qaldınız? Oyun zamanı futbolçuları sakitləşdirirdiniz. Hakimlərə etiraz etmirdiniz…

- Dördüncü və yan xətt hakiminə etirazlar edirdim. Qapıçı ilk saniyədən vaxtı uzadırdı. Hakim etirazlar zamanı bizim lehimizə qərar vermirdi.

- Zaur Axundov matçdan sonra paltardəyişmə otağında futbolçulara nə dedi?

- Hamıya təşəkkür etdi. Gördü ki, şanslarımız oldu. Bildirdi ki, ilk oyunda səhvlərdən 4 qol buraxdıq.

- Vaqif Cavadovla Fuad Bayramov “Keşlə”də qalacaqlar?

- Bəli, onlar komandada qalacaqlar.

- “Keşlə”də qalacaqsınız?

- Fikirləşirdim ki, mərhələ keçsək, şans qazanaram. Təəssüf ki, qalib gəlmədik. Heç nə bilmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail