Roberto Bordin: "Ardıcıl buraxdığımız iki qol bizə çox pis təsir etdi"

20.07.2018 | 2866 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə “Uypeşt”ə 0:4 hesabı ilə darmadağın olduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki qoldan sonra bizim üçün çox ağır oldu. Müdafiənin səhvindən sonra isə qapımızda üçüncü qolu gördük. Geri dönüşə cəhd etsək də, bu, alınmadı və əvəzində rəqib dördüncü qolu vurdu. Bəlkə də, motivasiya baxımından oyuna düzgün köklənməmişdik. Bizi dəstəkləmək üçün bura qədər gələn azarkeşləri məyus etdik. Çox ağır nəticədi.

- “Qalib heyəti və qalib taktikanı dəyişməzlər” – deyirlər. Sizi düzülüşü dəyişməyə nə vadar elədi?

- Bu deyimdi, futbolda dəyişikliklər olur. Erkən iki qol buraxıq və bu, komandaya çox təsir etdi. 

- “Uypeşt”də sizi təəccübləndirən nə oldu?

- Ardıcıl buraxdığımız iki qol bizə çox pis təsir etdi. Ondan sonra cəhdlərimiz boşa çıxdı. Bəlkə də, oyunu daha irəlidən qurmamaq mənim səhvim idi.

- Bakıdakı oyunda iki futbolçu yox idi. Həmin oyunçuların bugünkü matça təsiri nə qədər idi?

- Bu hadisələr keçmişdə qaldı. Ancaq bugünkü oyunda yarımmüdafiə xəttində müəyyən boşluqlar oldu və onlar iki qol vurduqdan sonra toparlana bilmədik. Daha sonra bizi lap pis vəziyyətə saldılar.

- Dünən Ruslan Abışov – Kirill Petrov tandeminin oyununun sizi qane etdiyini demişdiz. Fikrinizin üzərində qalırsız?

- Ruslan Abışov zədələnib, oyundan çıxdı. Yəni tandemdən danışmaq düzgün olmaz. 

- Emin Mahmudovun meydanda olmamasının xüsusi səbəbi var idi?

- Sadəcə, taktiki qərar idi. Başqa heç bir səbəb yoxdu. 

- İlk oyundan fərqli olaraq, bu matçda pressinq etməmənizin səbəbi nədi?

- Rəqibin hücumda olacağını bilərək, oyunu müdafiədən qurub, şansımızı əks-hücumlarda axtarırdıq. Bu, futbolda normal haldı. Təəssüf ki, bacarmadıq. Halbuki, hücumda kifayət qədər yaxşı oyunçularımız var idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail