Avstriyada "Şturm" və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.
Stadium.Az xəbər verir ki, AEK 2-0 öndə olarkən, 78-ci dəqiqədə tribunadan atılan şüşə qab yan xətt hakiminin başına dəyib. Yerə yıxılan laynsmanın başı qanayıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.
"Sturm"un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. İnsidentin səbəbkarının saxlanılıb.
40 dəqiqə sonra bərpa edilən oyunda əlavə qol olmayıb.