"Qəbələ"nin "Səbail" ilə 7-ci dueli

11.08.2018 | 5314 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasında 2018/19 mövsümünə start veriləcək. Stadium.Az  xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı “Qəbələ” ilk turun sabah keçiriləcək oyununda “Səbail”lə qarşılaşacaq.

Qəbələ şəhər stadionundakı  görüş  rəqiblər arasında 7-ci duel olacaq. Yalnız ötən mövsümdə üz-üzə gələn komandalar 4 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində münasibətlərini ayırd edib.

Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 4 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. 20 qolun vurulduğu matçlarda komanda 13, rəqib 7 dəfə fərqlənib. “Qəbələ” arxada qalan 6 duelin hamısında rəqib qapısına yol tapmağı bacarıb. “Səbail”lə görüşlərin bombardiri olan Baqali Dabo 6, Famussa Kone 3 dəfə qol sevinci yaşayıb. Premyer Liqa çərçivəsində keçirilən 4 matçın hər birində iki komanda da qol sevinci yaşayıb. 2 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzan “Qəbələ” top fərqində üstündür – 8:5.

“Qırmızı-qaralar” evdə keçirdiyi 2 çempionat və 1 kubok görüşündən ikisində qalib gəlibsə, bir dəfə sülhlə kifayətlənib. Qonaqların qapısından 5 top keçirən komanda 2 qola üzülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail