Alleqri: "Biz hələlik Ronaldo ilə tanış oluruq"

19.08.2018 | 4624 dəfə oxunub

“Biz bu oyunda çoxlu səhv buraxdıq. Konsentrasiyamızı itirməyə şərait yaratdıq. Əvvəl elə bir hiss var idi ki, vəziyyət nəzarətimiz altındadır. Amma sonradan zəif müdafiə olunduq və qollar buraxdıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının ilk turunda səfərdə “Kyevo” üzərində qələbə qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis komandanın yeni transferi Kriştiano Ronaldo haqda da danışıb:

“Bu oyun bir daha göstərdi ki, yenidən skudettonu qazanmaq çox çətin olacaq. Futbolçularımız cəmi 7 gündür tam heyətlə məşq edirlər. Biz hələlik Ronaldo ilə tanış oluruq. Medyanda Dibala ilə bir-birilərini yaxşı başa düşdülər. Ronaldonun komandaya belə asanlıqla uyğunlaşmasına təəccübləndim. Təəssüf ki, qol vura bilmədi. Rəqib qapıçı bir neçə dəfə onun fərqlənməsinə imkan vermədi. Amma Ronaldo qələbə qazandığımız üçün razı qaldı”.

“Kyevo” - “Yuventus” oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo Turin klubunda keçirdiyi ilk rəsmi matçında 90 dəqiqə meydanda olsa da, qol hesabını aça bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail