Ramil Şeydayev: "Belə şeylərə baş qoşacam?"

20.08.2018 | 3990 dəfə oxunub

Millimizin üzvü və "Krılya Sovetov"un yeni transferi Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda "Lokomotiv"lə matçda debüt oyununa çıxdı.

Stadium.az xəbər verir ki, oyundan sonra 22 yaşlı forvard müsahibə verib. O, yeni komandasında hər şeyin əla olduğunu deyib: - Hər şey əladır. Bir həftədir ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram.

- Şayiələr gəzirdi ki, sən Avstriyaya "Mattersburq" klubu ilə müqavilə imzalamağa getmisən. Bunlar nə dərəcə doğrudur?

- Xeyr, belə şey yoxdur. Bu, sadəcə, şayiədir. Orada oynayacağımla bağlı müsahibə verməmişəm. Mən ora getmək istəmədim.

- Səni burada Rusiya, yoxsa Azərbaycan vətəndaşlığı kimi oynadırlar?

- Mən bilmirəm. Klub rəhbərliyindən soruşun. Mən oyunçuyam. Belə şeylərə baş qoşacam?

- 81-ci dəqiqədə oyuna daxil olaraq, yeni komandada debüt etdin.

- Bəli, bu, yaxşı hal oldu. Amma təəssüf ki, uduzduq. Yaxşı mübarizə apardıq, amma bunu hesabda əks etdirmək lazım idi. İnşallah, növbəti oyunlarda yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail