Millimizin eks üzvündən 5 qol

20.08.2018 | 3705 dəfə oxunub

Futbol üzrə Latviya Birinci Liqasında 14-cü turun oyunları keçirilib. Stadium.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 6:0.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov, bu oyunda da fərqlənməyi bacarıb. Komandasının 6 qolundan 5-ni məhz Vüqar vurub. O, matçın 7, 31, 35, 54 və 67-ci dəqiqələrində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 18-ə çatdırıb.

“Dauqavpils” isə 14 turdan sonra 31 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail