İlk dubl, iki yubiley

20.08.2018 | 3836 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünün ilk dublu gerçəkləşib. “Qarabağ”ın hücumçusu Mahir Mədətov “Səbail”lə qarşılaşmada vurduğu iki qolla komandasına 2:0 hesablı qələbə qazandırıb.

İlk turda dubl qeydə alınmadığından Mahir mövsümün ilkinin müəllifi olub. Onun 2-ci topu iki yubileylə də əlamətdar olub. Mədətov “Qarabağ”ın heyətində 25-ci dəfə rəqib qapısına yol tapıb. O, Ağdam klubunun tarixində 25 və daha çox qol vuran 21-ci futbolçu olub.

Matçda hesabı açmaqla hərəyə 24 qol vuran Dino Ndlovu və Dmitri Kudinova çatan Mahir matçın sonlarında fərqlənməklə onları arxada qoymağı da bacarıb. 21 yaşlı futbolçu həm də Premyer Liqada 20-ci qoluna sevinib. Bu topların hamısını “Qarabağ”da vuran hücumçu digər 5 qoldan 4-nü ölkə kuboku, 1-ni avrokuboklarda rəqib qapısından keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail