Azərbaycan - Kosovo oyunun biletləri satışda

21.08.2018 | 5271 dəfə oxunub

Azərbaycan millisinin UEFA Millətlər Liqasında ilk oyununun biletləri satışa çıxarılıb.

Stadium.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2-5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir. Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir. Endirim Sky Box biletlərə şamil olunmur.

Bilətlərin satış nöqtələri ASAN 1 (Həsən Əliyev küç.36), ASAN 2 (Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə"), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bül-bül prospekti, Nizami küç.), Köşk 3 (Üzeyir Hacıbəyov küç.69x), Heydər Əliyev Sarayının kassasıdır (Bülbül pr.35).

Azərbaycan – Kosovo oyunu sentyabrın 7-i 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail