"Neftçi" Litvadan müdafiəçi alır

21.08.2018 | 5338 dəfə oxunub

"Uypeşt"lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında zədələnən Ruslan Abışovu "Neftçi"də kimin əvəzləyəcəyi dəqiqləşmək üzrədi.

Stadium.Az xəbər verir ki, minimum 4-5 ay yaşıl sahələrə ayaq basmayacaq kapitana bir nömrəli alternativ Mamadu Pape Mbodjdu.

25 yaşlı seneqallı yerli "Dakar"ın yetirməsidi.  2014-cü ildə Serbiyaya gələn afrikalı "Srvena Zvezda" ilə müqavilə bağlayıb. Belqrad klubunda 2 oyuna çıxan Mbodj sezonun ikinci dövrəsində "Napredak Kresavaç"a icarəyə verilib. Daha sonra "Red Star"a göndərilib, 2016-cı ildə isə burdan birdəfəlik ayrılıb. "Jalqiris"lə müqavilə bağlayan legioner artıq 3 ilə yaxındı ki, Litvada çıxış edir.

O, Seneqalın 20 və 23 yaşlılardan ibarət mili komandalarına dəvət alıb. Bir müddət əsas yığmaya da namizəd göstərilib.

Onun "Jalqiris"lə müqaviləsi hələ bitməyib, lakin klub rəhbərliyinə müraciət eləyərək, "Neftçi"yə getməsinə şərait yaradılmasını istəyib. Azərbaycandan gələn təklifi dəyərləndirmək fikrində qətiyyətli olan seneqallı heç bir halda Litvada qalmayacağını "Jalqris" yönətiminin diqqətinə çatdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail