"Azərbaycana qalib gəlməliyik"

03.09.2018 | 3873 dəfə oxunub

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyununda Azərbaycan millisinin qonağı olacaq Kosovo yığmasının baş məşqçisi Bernar Şalland ölkəsinin mətbuatına açıqlama verib.

Stadium.Az xəbər verir ki, baş məşqçi Bakıda keçiriləcək oyunda qələbə qazanmaq istəyindən və heyətdəki itkilərdən danışıb:

"Bu turnirdə daha çox qələbə qazanmalıyıq. Buna ilk görüşümüzdən başlamalıyıq və qalib gəlməliyik.

İlk oyundakı qələbə futbolçularda özünəinam hissi yaradacaq. Uğur qazansaq, millimizi seçən futbolçular doğru komandada olduqlarını anlayacaqlar. Valon Berişa bizim üçün olduqca ciddi itkidir. O olmadan yarışa start vermək çox pis olacaq. Besar Halimi də Azərbaycan yığmasına qarşı oynamayacaq. Amma onu əvəz edəcək futbolçular var. Halimi Farer adaları ilə oyuna hazır olacaq".

Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakıda Kosovoya qarşı keçirəcək. Sentyabrın 10-da isə millimiz səfərdə Malta ilə qarşılaşacaq. Yığmamızın qrupdakı digər rəqibi isə Farer adalarıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail