Mourinyo: "Mənə heç vaxt Ronaldonu almaq təklif olunmayıb"

03.09.2018 | 4486 dəfə oxunub

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo yay transfer pəncərəsində Kriştiano Ronaldonun transferindən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Stadium.Az portuqaliyalı mütəxəssis mövsümün əvvəlində həmyerlisinin transfer məsələsinin müzakirə olunmadığını söyləyib:

"Mənə heç vaxt Ronaldonu almaq təklif olunmayıb. Ümumiyyətlə, bu məsələ müzakirə belə edilməyib".

Mourinyo Çempionlar Liqasının qrup mərhələsindəki əsas rəqibləri olan "Yuventus" haqda da danışıb: "Yuventus" Çempionlar Liqasında qalib olmaq üçün futbolçu alan klublardan biridir. Onlara İtaliya çempionatında uğur qazanmaq üçün vəsait ayırmaq lazım deyil. Çünki artıq 6-7 il ardıcıl bu titula sahib çıxıblar.

Onların məqsədi ÇL-də uğur qazanmaqdır. "Yuventus" "Liverpul"la yanaşı, bu yay transferə çox pul xərcləyən top-komandadır. Ronaldo, Əmrə Can və Leonardo Bonuççi kimi fantastik futbolçularla müqavilə bağladılar. Ancaq onları Çempionlar Liqasında bizə qarşı 2 ağır oyun gözləyir".

"Mançester Yunayted" Çempionlar Liqasının H qrupunda "Yuventus"la yanaşı, "Valensiya" və "Younq Boys" klubları ilə mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail