Beynəlxalq Cüdo Federasiyası Bakı haqqında məqalə dərc edib

17.09.2018 | 4592 dəfə oxunub

İlk dəfə Bakıda olanda ağıla gələn ilk şey, sadəcə, “Vau!” olur”

Stadium.az xəbər verir ki, bu fikirlər Alan Abrahamsonun sentyabrın 20-dən 27-dək Azərbaycan paytaxtında keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş məqaləsində yer alıb. Məqalə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc edilib.

Məqalədə Bakının rəngarəngliyi, gözəllikləri və nəfəs kəsən hisslər yaratmasından danışılır. Müəllif qeyd edir ki, Bakını dünyanın meqapolisləri və ya tarixi şəhərləri ilə müqayisə etməyə tələsmək lazım deyil: “Aldanmayın. Bakı bu fikirlər olmadan da sizi təəccübləndirəcək məqamlara malikdir”, – müəllif yazır. Bundan başqa, A.Abrahamson məqalədə şəhərin tarixi keçmişi, onun 12-15-ci əsrlərə aid memarlıq mirası ilə hazırkı futurustik memarlığı arasında paralellər aparıb, Heydər Əliyev Mərkəzini, Alov qüllələrini (FlameTowers) və Bakının yeni vizit kartları olan digər göydələnləri müasir memarlıq nümunələri kimi qələmə verib.

Həmçinin məqalədə Bakının böyük beynəlxalq turnirlər keçirməkdəki uğurlu təcrübəsi vurğulanıb: “2012-ci ildə Bakı “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib. İlk Avropa Oyunları da 2015-ci ildə Bakıda keçirilib. Son iki ildə Formula-1 pilotları Bakı yollarında yarışıb. Bundan başqa, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək”.

Report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail