"Qarabağ"ın "Sportinq" önündə şansları - İdman Mediası danışdı - SORĞU

20.09.2018 | 4901 dəfə oxunub

Bu gün Avropa Liqasında yeni mövsüm başlayır. E qrupunda mübarizə aparacaq ölkə çempionumuz "Qarabağ"da meydana çıxacaq. Son çempionumuz qrupun ilk oyununda Portuqaliyada "Sportinq"in qonağı olacaq.

Stadium.az oyunla bağlı sorğu keçirib. Komandamızla Lissabona yollanan həmkarlar oyun haqda fikirlərini bildirib, "Qarabağ"ın şanslarını dəyərləndiriblər.

Mehman Suleymanov (Sport24.az): “Ardıcıl 5-ci il qrup mərhələləsinin iştirakçısı olan “Qarabağ” startdaca çətin sınaq qarşısındadır. Bu, həm güclü rəqiblə səfər matçıyla, həm də heyətdəki itkilərlə bağlıdı. Bu yay elə “Sportinq”dən “Qarabağ”a transfer olunan bolqarıstanlı yarımmüdafiəçi Simeon Slavçevin millisindən zədəli qayıdaraq bu qarşılaşmanı buraxmalı olacağı xeyli əvvəldən bilinirdisə, kapitan Rəşad Sadıqovun da Lissabonda oynaya bilməyəcəyi səfərə çıxarkən məlum oldu. İspan yarımmüdafiəçi Dani Kintana hələ bir müddət də yaşıl meydanlardan kənarda qalmalı olacaq, onun həmyerlisi Miçel Madera isə 1 aydır zədədən əziyyət çəkir. Düzdür, onun bu gün oynayacağı gözlənilsə də, komandanın məşqlərinə yeni qoşulmasını, oyun praktikası sarıdan korluq çəkməsini nəzərə almaq lazımdı. Göründüyü kimi, “Qarabağ”ın heyətlə bağlı itkiləri ciddidi. Rəqib isə böyük təcrübəyə malikdi, uzun illər Çempionlar Liqasının qrupunda çıxış edib. Sürətli futbola üstünlük verən, çox qol vurmağı sevən komandadı. Üstəlik, 50 minlik “Joze Alvalade” stadionunda güclü azarkeş dəstəyinə malik olacaq ki, bu da bizə əlavə çətinlik yaradacaq. Ancaq inanıram ki, “Qarabağ”ın özünün də Avropa təcrübəsinin yetərli, futbolçularının belə ab-havada oynamaq təcrübələrinin olması bizə müsbət planda fayda verəcək. “Sportinq”in bombardiri, ucaboylu hollandiyalı hücumçusu Bas Dostun olmamağı da işimizə yaramalıdı. Qrupumuzda qalib olmağa aşkar favoritin London “Arsenal”ın olduğunu nəzərə alsaq, “Qarabağ” üçün 2-ci yer uğrunda mübarizədə əsas rəqib məhz “Sportinq” sayılır. Bu mənada onunla səfər matçında uğurlu nəticə şanslarımızı artırmış olacaq. Ancaq uğursuz nəticə olsa belə, ruhdan düşməyə dəyməz. Çünki bu, hələ qrupun yalnız birinci matçıdı”


Kənan Məstəliyev (Rekord.az) : "Qrupun ilk oyunudu. "Şerif"lə oyunöncəsi və sonrası emosiyalar sakitləşib, millinin oyunları da arxada qalıb. Belə demək olarsa, rahatca avrokuboka köklənmək, mümkün olduqca daha çox xal qazanmaq olar. Gördüklərimə əsasən deyə bilərəm ki, komandada abu-hava yaxşıdı, mübarizə ruhu qaydasındadı. Bu, yaxşıdı. Oyunun özünün isə çox çətin keçəcəyi dəqiqdi. Rəqib çox adlı-sanlıdı, güclüdü, evində oynayır, bir sözlə üstün tərəfdi. "Qarabağ"ın da itkiləri var. Favorit "Sportinq"di, qələbəyə daha yaxındı. Ancaq düşünürəm ki, Bakıya bir xalla qayıtmaq üçün qarşımızda maneə yoxdu. "Qarabağ" avrokubok klubudu, dəfələrlə ağır səfərlərdən müsbət nəticə ilə qayıdıb. Bu dəfə də belə ola bilər"


Həbib Aslanov(Futbol+ qəzeti) : “Qarabag” üçün çox çətin olacaq. Rəqibin zəngin avrokubok təcrübəsini ve heyətindəki futbolçuların səviyyəsini unutmayaq. ”Joze Alvelade”də “Barsa”, “Real”, “Yuventus” kimi ünlü rəqiblərin çətinlik çəkdiyini nəzərə alsaq, təmsilçimizi nələrin gözlədiyini təsəvvür etmək çətin deyil. Basqa vaxt olsaydı, ”aslanlar”in arxayınlığın qurbanı olacağını ehtimal etmək olardı. Amma cəmi bir il əvvəl “Qarabag”in portuqalların “qulağının dibində” “Atletiko” ile heç-heçə etməsi meydan sahiblərinin məsuliyyətini artıracaq. Üstəlik, inanılmaz azarkeş dəstəyi var. Reallıq “Sportinq”in qələbəsindən xəbər versə də, yekunda heç-heçənin qeydə alınacağına ümid edək.

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail