"Qarabağ"la bağlı çox şey araşdırmalıyıq" "Sportinq"in baş məşqçisi

19.09.2018 | 3845 dəfə oxunub

"Sportinq" ötən mövsüm Avropa Liqasında uğurlu çıxış edib. Komanda "Atletiko"ya uduzaraq, mübarizəni dayandırdı. Bu, onu göstərir ki, biz yenə yaxşı işlər görə bilərik".

Stadium.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Joze Pezeiru deyib. 58 yaşlı çalışdırıcı komandasının "Qarabağ"a qarşı diqqətli olmalarını bildirib:

"Diqqətli olmalıyıq, çətin oyun olacaq. "Qarabağ"dan daha çox qol vurmalıyıq. Rəqibimiz xoş sözlərə layiqdir. Bu komanda ölkəsində son 5 mövsümün qalibidir. Meydanda topla oynamağı sevən və döyüşkən komandaya qarşı mübarizə aparacağıq. Onlar ötən il "Sportinq"i Avropa Liqasından kənarlaşdıran "Atletiko" ilə hər iki görüşdə bərabərə qalıblar. Rəqibimizi yaxşı tanıyırıq və oyunda bizi nə gözlədiyini bilirik. Bizim öz planımız, strategiyamız var. "Qarabağ"la bağlı çox şey araşdırmaq lazımdır".

Portuqaliyalı mütəxəssis hollandiyalı hücumçu Bas Dostun zədəsi ilə bağlı danışıb:

"Bas Dost zədəlidir və bizə kömək etməyəcək. O, vacib futbolçudur. Amma biz bununla barışmaq məcburiyyətindəyik. Diabi onun mövqeyində oynasa da, özəlliklər fərqlidir. O, Bas Dost kimi xüsusiyyətlərə malik deyil. Onun başqa müsbət məqamaları var. Hansı hücumçunu meydana buraxacağımı qərar verməmişəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail