"Gerye yaxşı oyunçudu, amma Miçeli də unutmaq olmaz" - "Sportinq"in baş məşqçisi

21.09.2018 | 3384 dəfə oxunub

"Qarabağ”ın səhvlərini gözləyirdik. Ona görə də bir qədər ehtiyatlı olmağa çalışırdıq”. Bu sözləri “Sportinq” klubunun baş məşqçisi Joze Pizeyru deyib.

Lissabon təmsilçisi Avropa Liqasının qrup mərhələsinin ilk turunda öz meydanında “Qarabağ”ı qəbul edib. Görüş Portuqaliya klubunun qələbəsi ilə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Oyuna nəzarət tərəfimizdə oldu. Düzdü rəqibin də şansları oldu. Vingerlərimiz bəzən lazımi qədər sürətli ola bilməsələr də, meydanda üstün olduğumuzu göstərdik. Müdafiəçilərimiz yaxşı oynadılar. Daha çox qol vura bilərdik. 13 il əvvəl bu komanda ilə uğur qazanmışıq. UEFA kubokunun finalında oynadığımız yəqin ki, yadınızdadı. Bundan sonra da yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Qələbə yaxşıdı, amma davamini gətirmək vacibdi. Bas Dostun yoxlğuna görə narahat olmayın. Yaxşı futbolçularımızın sayı çoxdu. Bu gün möhtəşəm ab-hava yaradan azarkeşlərə minnətdarlığımı bildirirəm. “Qarabağ” üzərində qələbə təbii ki, yaxşıdı. Məqsədimiz qrupdan çıxmaq olsa da, indidən nəsə demək çətindi. Cəmi bir oyun geridə qalıb. Qarşıda hələ çox görüşlərimiz var.

Portuqaliyalı mütəxəssis “Vild-Donald Geryeni “Sportinq”də görmək istərdinizmi?” sualına belə cavab verib: “Yaxşı oyunçudu, amma Miçeli də unutmaq olmaz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail