"Əsas odur komandaya xeyir verəsən" - Rəşad Sadıqov

21.09.2018 | 3432 dəfə oxunub

Ümumilikdə, oyun pis keçmədi. Qurban müəllimin bəzi taktiki gedişlərini uşaqlar maksimum yerinə yetirməyə çalışırdılar. Sadəcə, nəticədə rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Bizim də iki qol imkanımız oldu, amma istifadə edə bilmədik. Rəqib isə əksinə, əlinə düşən imkanları qola çevirdi” 

Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Sportinq”ə 0:2 hesabıyla uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Zədə səbəbindən oyunda iştirak edə bilməyən təcrübəli müdafiəçi rəqib futbolçuların ustalıq səviyyəsinin yüksək olduğunu söyləyib: “Bütün qollar səhvlər nəticəsində vurulur. 90 dəqiqə avrokubok oyunlarında səhvsiz oynamaq çətindir. Yenə deyirəm, əsas məsələ ustalıq səviyyəsinin fərqi idi. “Sportinq” son vuruşlarda bizdən dəqiq oldu”.

36 yaşlı futbolçu belə hesab gözləmədiyini bildirib: “Belə nəticə gözləmirdim. Çox adam gözləyirdi ki, bu gün “Qarabağ” açıq-aşkar məğlub olacaq. Amma mən inanırdım ki, yaxşı nəticə ilə dönə bilərik. Bunun üçün də son vuruşlarda dəqiq olmaq lazım idi. Təbii ki, rəqib bizdən üstündür. Amma yenə də düşünürdüm ki, bu gün xalla geri dönə bilərdik. Açığı, çətin qurupa düşmüşük. Buna baxmayaraq, qarşıdakı oyunlarımızın gedişatından aslı olaraq yaxşı nəticə qazana bilərik. Hər oyun fərqli olur. Bugünkü oyun isə tamam başqa cür alındı. Qrup matçlarının hamısından ümumilikdə nə qədər xal qazana biləcəyimizi indidən proqnoz vermək çətindir”.

R. Sadıqov zədəsi haqda da danışıb: “Həkimlərin qoyduğu diaqnoza görə, bir həftə, on gün tam dayanmaqdır. Oyuna da artıq iki həftə qalıb. Tam hazır olsam, məşqçilər etimad göstərsə, oynayacağam. Əsas odur ki, komandaya xeyir verəsən. Xeyir verməsən, meydanda olmağın mənası yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail