Düzgün analiz, axsayan icraçılar - Yazı

21.09.2018 | 4801 dəfə oxunub

Dünən "Qarabağ" Avropa Liqasının Qrup mərhələsində ilk oyununu keçirdi. 2 cavabsız qolla gələn məğlubiyyətə, futbol ictimaiyyəti tərəfindən müxtəlif səbəblər göstərildi. Görəsən, "Qarabağ"ın məğlubiyyətinə əsl səbəblər nə oldu?

Baş Məşqçinin işi - Qurban Qurbanovun rəqibin hər incə məqamlarına belə diqqət etdiyini hamımız yaxşı bilirik. Təbii ki, yanıldığı və ya rəqibindən gözlədiyi oyunun əksini gördüyü oyunlar da yox deyil. "Sportinq"lə oyunda isə bundan söhbət belə gedə bilməzdi.

Çoxumuzun beynində planlaşdırdığı oyun - "Sportinq" ilk dəqiqələrdən hücumlar edəcək, qapımızda təzyiq yaradacaq və ardıcıl qollar. Sir deyil ki, içimizdə böyükhesablı məğlubiyyət qorxusu da vardı. Səbəblər isə yetəri qədər

Əksini gördüyümüz əla çıxış - tam düşündüklərimizin əksi oldu. İlk dəqiqələr qapımıza nisbətən yüklənməyə cəhd edən rəqib, 10-cu dəqiqədən hissənin son 5dəqiqəsinə kimi, ümumiyyətlə, heç nə edə bilmədi. Son 5dəqiqədə isə sadəcə qapımıza yaxın zonalarda var-gəl etdiklərini gördük. Bunun nəticəsi idi ki, Vaqnerin bir müdaxiləsi istisna rəqib qapımızda 1 real qol epizodu belə yarada bilməmişdi. Əksinə hissənin ən real qol epizodunu " Qarabağ" adına Emeqara qaçırdı. Emeqeranın qeyri-dəqiqliyi istisna, hər şey zərgər dəqiqliyi ilə hesablanmış plana uyğun gedirdi. Müdafiyəyə tam qapanmadan, intizamlı oyun və oyun ərzində ələ düşəcək 1 ya 2 real qol şansını qola çevirmək.

Bu cür gedişat nə havadan idi, nə də Taxo çayının suyundan... Qurbanovun zəkasının, rəqibin düzgün təhlilinin nəticəsi idi.

Axsayan icraçılar və ya səviyyə fərqi
- İkinci hissə də eyni templə davam edirdi. Ta ki, Naninin futbolçularımızı rahatlıqla aldadıb, məşqdəymiş kimi verdiyi sadə ötürməyə kimi. Hesab 1-0. Hələ də heç nə itirilməyib. Vurulacaq bir qol növbəti surpriz nəticəni reallaşdıra bilər. amma ...

Qara Arazın, Abbasın tam olaraq boş qaldığı cinahı görmək, ötürmə etmək əvəzinə, topu çətin vəziyyətdə olan Miçelə verir və ya geriyə ötürmə edir. Hücumun effektliyi olur sıfır. Araz Abdullayev cinahdan ortaya meyillənir, əla, boş qalan Mahiri görür, o da əla, amma verdiyi ötürmə qapı xəttindən kənara çıxır. Mahirin özündən danışsaq,  gərək yeni bir yazıya  başlamış olaq. Xülasə, ümidlər davam edir, amma... Bədavi növbəti kobud səhvi edir və qol. Hesab 2-0! 


Təcrübəli komandalar belə səhvlərin elə birincisində cəzanı kəsir. "Sportinq" insafən bir neçə səhvdə bizi bağışladı, amma çox gedəsi deyildi ki, getmədi də.


Ümumiyyətlə, yerli futbolçuların çıxışı haqda çox şey yazmaq, danışmaq olar. Amma ehtiyac yoxdur, çünki 4-ü Avropa Liqasının, 1-i Çempionlar Liqasının qrupu olmaqla 8-9 ildi davamlı avrokuboklarda oynayıb, heç avropa klubları demirəm , qonşu postsovet ölkələrin klublarının diqqətini çəkməməklə özləri demiş olur. Yaxşı ki, çempionatda oynadılmağa məcbursunuz, yoxsa heç bu ölkə üçün də lazım olmazsınız. Heyf, çox heyf ki,  topunuz bir Gerrye faydasında olmadınız

Futbolda rəqibi düzgün təhlil çox şeydi, amma hər şey deyil. Baş məşqçinin düzgün tapşırıqları, rəqibi düzgün analizi qədər, həm də icraçılar düzgün və sona kimi oynaması vacibdi. "Sportinq" kimi komandalardan xal və xallar almağın yolu, düstüru bundan keçir.

Ümid edək ki, "Arsenal"la oyunda komandamızın icracıları Qurban Qurbanovun zəkasını tam olaraq tamamlamış olar. Çətindi, amma mümkünsüz heç nə yoxdu. Axı bizim "Atletiko", "İnter" kimi mümkünsüz görünən nəticələrə cığır açan oyunlarımız yox deyil

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail