Ronaldo özü "Real"dan getmək istədi

22.09.2018 | 4106 dəfə oxunub

“Real”ın prezidenti Florentino Peres yayda Kriştiano Ronaldonu “Yuventus”a satmalarının səbəbini açıqlayıb.

Stadium.az xəbər verir ki, 71 yaşlı iş adamı klub üzvlərinin iclasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Ronaldo özü getmək istədiyi üçün belə bir qərar verilib:


“Ötən yay “Real” üçün ən faydalı satış Ronaldonun “Yuventus”a transferi oldu. O, şəxsi səbəblərə görə özü getmək istədi. Hər şey bir qərarla başladı və biz razılığa gəldik. Heç bir klub Ronaldoya görə “Yuventus”dan daha artıq pul təklif etmədi”.

F. Peres portuqaliyalı superulduzu Alfredo Di Stefanodan sonra klub tarixinin ən yaxşı futbolçusu adlandırıb: “Ronaldo ən xoş sözlərə və böyük təşəkkürə layiqdir. Onun klubumuz üçün etdikləri danılmazdır. Ronaldo Alfredo Di Stefanodan sonra “Real” tarixinin ən yaxşı futbolçusudur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail