"Düşünmürəm ki, müdafiə futbolu oynayırıq" - Roberto Bordin

22.09.2018 | 4425 dəfə oxunub

Premyer Liqanın V turun “Zirə” – “Neftçi” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.


– Mübarizə aparan rəqibə qarşı oynadıq. “Zirə” qələbə qazanmaq istəyirdi. Bu rəqib haqq etdiyi yerdə deyil. Biz isə kifayət qədər yaxşı oynadıq.

– Samir Abasovla aranızda konflikt oldu. Nə baş vermişdi?
– Bunu konflikt adlandırmazdım. Sadəcə, qarşılıqlı anlaşılmazlıq oldu və fikirlərimizi bildirdik. Bu hərəkətlə komandaya fayda vermədik. Bəzən hissləri cilovlamaq asan olmur. Etdiyim hərəkətə görə peşmanam.

– Mirabdulla Abbasov bu gün qol vurdu. Bundan sonra onun start heyətdə oynayacağını gözləmək olarmı? Bir də yığmanın baş məşqçisi Qurban Qurbanov sizdən məsləhət istəsə, onun milliyə layiq olduğöunu deyəcəksizmi?
– Mənim komandamdan hansısa futbolçunun milliyə çağırılması yaxşı haldı. Bu, o deməkdi ki, həmin futbolçu yaxşıdı və kifayət qədər məşq edir. Komanda kifayət qədər yaxşı oynadı. əvəzlənən futbolçular da uğurlu çıxış etdi. Növbəti matç haqda sonra düşünəcəyik.

– Komanda qol vurduqdan sonra adətən müdafiəyə çəkilir. Bundan sonra isə arxa xətdə səhvdən qol buraxır. Belə gedişat sizin tapşırığınızdı? Və buraxılan qollar sizi narahat edirmi?
– Futbol müdafiə və hücumdan ibarətdi. Düşünmürəm ki, biz arxaya çəkilirik, lazım olduqda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmaq istəyirik. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq.

– Hücum xəttində rotasiyalar etmişdiz. Bu, heyətə düşməyən futbolçular meydana şans vermək istəyinizlə bağlı idi, yoxsa dediyiniz kimi, futbolçular özlərini məşqlərdə yaxşı göstərirlər deyə, oynayırlar?
– Məşqlərdə hansı futbolçular özlərini yaxşı tərəfdən göstərirsə, onlar da meydana çıxır. Ehtiyatda kifayət qədər oyunçumuzun olması sevindirici haldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail