"Məşqçi fasilədə mən düşündüyümü dedi" - Qoran Paratski

24.09.2018 | 4137 dəfə oxunub

"Neftçi"nin yarımmüdafiəçisi Qoran Paratski "Zirə" üzərindəki qələbədən sonra klubun rəsmi saytına müsahibə verib


"Neftçi”nin heyətində qol hesabını açdınız. Çox möhtəşəm qol alındı...

- Doğrudan da gözəl qol oldu. Amma bu qolun vacibliyi gözəlliyindən daha çoxdur. Çünki komandamıza qələbə qazandırdı. Bununla belə, təbii ki, "Neftçi”nin heyətində ilk qolu vurduğuma görə şadam.

- Oyun haqda nə deyə bilərsiniz?

- Çətin oldu. Günah özümüzdədir. Çünki erkən qoldan sonra sanki arxayınlaşdıq, düşündük ki, artıq qələbə qazanmışıq. Amma buraxılan qoldan sonra komanda öz gücünü, xarakterini göstərə bildi, ikinci qolu vurub və 3 xal qazandı. Bu, bizi ikiqat sevindirir. Düşünürəm ki, mövsümboyu belə çətin oyunlar olacaq. Hər oyunda qalib gəlmək üçün çalışmalıyıq.

- Fasilədə baş məşqçi Roberto Bordin komanda üzvlərinə nə dedi?

- Elə mən düşündüyümü dedi. Dedi ki, qoldan sonra çox arxayın oynamağa başladınız. Komanda özünü buraxmamalıdır, boşalmaq olmaz, toparlanmaq lazımdır. Rəqibə qarşı pressinq tətbiq edəndə, bu öz bəhrəsini verir. Baş məşqçi həmçinin bizə tapşırdı ki, topu çox saxlayaq. Gördüyünüz kimi, onun tövsiyələri ikinci hissədə bəhrəsini verdi.

- "Zirə” ilə oyun təkcə qol vurmağınızla yadda qalmadı. Həm də zədələndiniz. Zədəniz nə dərəcədə ciddidir?

- Hələ bilmirəm, amma həm ümid edirəm, həm də düşünürəm ki, ciddi zədə deyil



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail