Roman Qriqorçuku "Astana"dan futbolçular qovub

25.09.2018 | 6216 dəfə oxunub

Ukraynalı jurnalist Konstantin Andriyuk "Astana"nın baş məşqçisi Roman Qriqorçukun komandadan ayrılmasının səbəbini açıqlayıb.

Stadium.Az xəbər verir ki, "ToTaTake" şousunun aparıcısı bildirib ki, təcrübəli mütəxəssis Qazaxıstan çempionunu ailə məsələlərinə görə tərk etməyib: 

"Qriqorçukun hazırda nə şəxsi, nə də ailəvi problemləri var. O, klub rəhbərliyi ilə fikir ayrılığına görə "Astana"nı tərk edib. Onun komandaya nə vaxt qayıdacağı hələlik bilinmir".

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Qriqorçuk iyun ayında "Astana"ya baş məşqçi təyin olunub. Avqust ayında isə klubun saytı belə bir açıqlama yayıb ki, ukraynalı mütəxəssis ailə məsələlərinə görə klubu müvəqqəti tərk edib.

Amma Qriqorçuk "Astana"da fəaliyyətə başladığı ilk günlərdən futbolçularla yola getməyib. Davamlı mübahisə və münaqişələrdən sonra futbolçular kütləvi halda klub rəhbərliyi qarşısında seçim qoyub - ya o, ya da biz. Bundan sonra "Astana" rəhbərliyi Qriqorçukla yolları ayırıb. Amma ukraynalı mütəxəssis kluba yeni gəldiyindən onun istefaya göndərilməsi haqda açıqlamanın verilməsi məqsədəuyğun sayılmayıb. Bu səbəbdən Qriqorçukla müqavilənin ləğv edilməsi barədə rəsmi xəbərin yaxın vaxtlarda veriləcəyi gözlənilir. Amma son anda tərəflərin ümumi razılığa gələcəyi və Qriqorçukun "Astana"da fəaliyyətini davam etdirəcəyi də istisna olunmur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail