Tarixdə 102-ci, Azərbaycan Premyer Liqasında 62-ci

25.09.2018 | 6092 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 5-ci turu Adrian Skarlatakenin “Zirə”də debütü ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, düzdür, rumıniyalı müdafiəçi ötən turda da iştirak etmişdi. Lakin “Səbail”lə matçın nəticəsi (1:1) ləğv olunduğundan, Adrianın debütü “Neftçi” ilə qarşılaşmada (1:2) rəsmiləşib.

Skarlatake “Zirə”nin tarixinə 102-ci futbolçu kimi düşüb. O, Premyer Liqada “qartallar”ın formasını geyinən 62-ci oyunçudur.

Mərkəz müdafiəçisi klubun tarixində 2-ci rumıniyalıdır. Onadək həmyerlisi Qabriel Matey “Zirə”nin şərəfini qoruyub. Cinah müdafiəçisi 2017/18 mövsümündə çempionatda 10, UEFA Avropa Liqasında 4 dəfə meydana çıxıb.

Cari mövsümün arxada qalan hissəsində daha 6 oyunçu “Zirə”də ilk matçını keçirib. Bunlar Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad, Budaq Nəsirov və Bilal Həmdidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail