"Çox məmnunam ki, bu gün qollarımla Azərbaycan xalqını sevindirə bildim"

12.10.2018 | 4586 dəfə oxunub

"Çətin oyun oldu. Çalışdıq ki, məşqçinin tapşırıqlarını yerinə yetirək. Buna da nail olduq. Asan deyildi, amma buna baxmayaraq, oynadıq. Bütün komandanı 3 xal münasibətilə təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına həsr edirik”.

Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Riçard Almeyda UEFA Millətlər Liqasının III turunda Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissədə sanki çətinlik çəkirdiniz? Bu, süni meydança ilə bağlı idi?

- Səfər oyunlarında sözsüz ki, həmişə üstünlük ev komandalarında olur. Biz də ilk 15 dəqiqədə bir az çətinlik çəkdik. Rəqibin start təzyiqinə tab gətirdik və sonradan öz oyunumuzu göstərməyə başladıq. Topu saxlamağa çalışırdıq, bu da alındı. Qollarımızı vurduq, rəqibə də qol şansı yaratmağa imkan vermədik.

- Dubl etdiniz. Bu barədə nə deyə bilərsiniz?

- İki dəfə fərqləndiyim üçün yox, bu qolların Azərbaycan futboluna kömək etməsinə görə şadam. Bilirsiniz ki, neçə ildir bu ölkədəyəm, Azərbaycanı çox sevirəm. Çox məmnunam ki, bu gün qollarımla Azərbaycan xalqını sevindirə bildim.

- Qarşıdakı oyun barəsində nə fikirləşirsiniz?

- Çətin oyun olacaq. Bizi Bakıya uzun və çətin yol gözləyir. Ora çatan kimi məşqləri bərpa edib, ciddi şəkildə və 100 faizlik konsentrasiya ilə Malta matçına hazırlaşacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail