Qurban Qurbanov: "Bəlkə də azarkeşlər məni fitə basırdılar" - MÜSAHİBƏ

14.10.2018 | 5639 dəfə oxunub

Azərbaycan - Malta oyunundan sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanov keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, qalib gələ bilmədik, onlar meydanda bütün güclərini qoydular. Çoxsaylı qol epizodlarından yararlana bilməsələr də, razıyam. Hətta məğlub olsaydıq da, bu cür oyundan razı qalacaqdım.

- Qələbə üçün nə çatmadı?

- Qol vurmaq çatmadı. Futbolçularda gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdu. Bütün epizodlarda düzgün oynayırdılar. Sadəcə, qol çatmadı.

-  Farerlə oyunda meydana çıxan futbolçuların xidmətindən istifadə etdiniz. Məlumdur ki, futbolçularımız 3 gündən bir fiziki cəhətdən çatdırmırlar...

-  Oyundan əvvəl bir əvəzetmə düşünmüşdüm. Rahilin yerinə Təmkini fikirləşmişdim. Sadəcə, 2 gün əvvəl Xəlilzdadənin qızdırması 39 idi. Ancaq özünüz də gördünüz ki, sürətli oyun göstərdik. Futbolçularımız bu rejimə öyrəşirlər.

- Oyunun sonlarına yaxın futbolçularda yorğunluq sezilirdi. Üçüncü əvəzetməni niyə etmədiniz?

- Əvvəlki konfranslarda da bildirmişdim ki, məni Farerə gedəcəyimiz yox, qayıdacağımız yol narahat edir. Çünki 2-ci oyuna bərpa olunmaq üçün vaxt az qalacaqdı. Dəyişikliyə gəlincə, hesab edirəm ki, oyun rəqib meydanında keçirsə, əvəzetmə mənfi təsir göstərə bilərdi.

- Farucia qeyd etdi ki, Azərbaycan fantastik komandadı. Bu həqiqi mənada qəbul edirsiniz, yoxsa burda sarkazm var?

- Məncə, bugünkü oyuna görə, futbolçularımız barədə pozitiv fikir söyləmək olar.

- Kamran Ağayev həm Farerdə, həm də Maltayla görüşdə səhvlərlə seçildi. Kamran həqiqətənmi kapitanlığa layiqdi? Elə Mahir Mədətovun meydanda olması səbəbi də maraqlıdı...

- Biz təcrübəyə daha çox önəm veririk. Ağayev millinin ən çox oyun keçirən futbolçulardan biridi. Farerlə də, Malta ilə də bəzi səhvləri oldu. Bəli, Səlahətə etibar etmək olardı, lakin təcrübəyə güvəndik. Mahirə isə həddən artıq böyük basqı var. Ancaq Mədətov hər iki oyunda komandamızın ən çox hərəkət edən futbolçulardan biridi. Qol ötürməsini də o verdi. Bunu deməyim bəlkə də düzgün çıxmaz. Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərin basqısı bu qədər ona mənfi təsir edir. Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular. Bu uşaqlara güvənmək lazımdı. Bu futbolçuları qazanmaq lazımdı.  İnanın mənə ki, hər biri həddən artıq məsuliyyətlidirlər. Bəlkə də bu məsuliyyət son nöqtəni qoymaqda mane oldu. Bütün iradları üzərimə götürməyə hazıram. 

- Qarşıdakı oyunlarda qrup qalibi olmaq şansımız nə qədərdi?

- Mən bu komandaya inanıram. Bu gün desək ki,biz heç vaxt final mərhələsi görməyəcəyik, futbol oynamağa ehtiyac yoxdu. Bu qrupda yetirmələrimə inanıram. Ola bilər müəyyən dəyişikliklər olsun, ancaq görmək istədiyim xarakter komandada var. Oyundan oyuna da daha yaxşı olacağıq. Qarşıdakı 2 oyuna da qələbə üçün çıxacağıq.

- Matçın sonunda azarkeşlər millini fitə basdı...

- Azarkeşlər qələbə istəyir. Biz azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Bizi dəstəkləmə gəlirlərsə, belə haqları var. Ancaq futbolçulara bu gün irad bildirmədim. Bəlkə də məni fitə basırdılar.

- Sosial şəbəkələrdə “Neftçi”nin futbolçularının millidə şans qazanmaması birmənalı qarşılanmır.

- “Neftçi”yə həmişə simpatiyam olub və olacaq. Peşəkar futbola “Neftçi”də başlamışam. İnanmıram ki, “Neftçi” azarkeşləri belə bir fikir söyləyə. Milliyə cəlb etdiyim “Neftçi”nin futbolçuları Premyer Liqada az şans qazanırlar. Heç vaxt ola bilməz ki, mən hansısa komandanın futbolçusunu kənara atım. Hər bir futbolçuya layiq olduğu qədər şans tanıyıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail