Maksim Medvedev: "Bu gün həm bəxtimiz gətirmədi, həm də..."

14.10.2018 | 4468 dəfə oxunub

“Bu gün meydana ancaq qələbə üçün çıxmışdıq. Rəqibi analiz edib, onlara uyğun taktika seçmişdik. Ancaq alınmadı. Hücumların məntiqi sonluğunu gətirməkdə çətinlik çəkdik. Təəssüf ki, futbolda hər şey olur”.

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının 4-cü turunda doğma meydanda Malta ilə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

O, bəxtlərinin gətirmədiyini söyləyib: “Bu gün həm bəxtimiz gətirmədi, həm də son zərbələrdə çətinlik çəkdik. Komandamızda təcrübəsiz futbolçular var. Biz oyunu daha yaxşı idarə etməliydik. Bir çox qol imkanlarından yararlana bilmədik, nəticədə iki xal itirdik. İşimiz bir az çətinləşdi. Amma yenə də şansımız davam edir. Gələn ay bizi iki çətin oyun gözləyir. Qrupdan lider çıxmaq üçün bu oyunlardan maksimum xal almalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail