Rüfət Dadaşov: "Məşqçimiz çox yaxşı işləyir, biz də yaxşı futbol oynayırıq" - MÜSAHİBƏ

15.10.2018 | 4182 dəfə oxunub

Milli komandamızın hücumçusu Rüfət Dadaşov Millətlər Liqasının Malta ilə Bakıda keçirilən oyunundan sonra (1:1) brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsiniz?

- Məncə, çox yaxşı oynadıq. İmkanlarımız da oldu. Amma bəxtimiz gətirmədi. Rəqibin bir epizodu oldu və ondan yararlandı. Daha sonra bərabərliyi əldə etdik. Ondan sonra da qol vəziyyətələrimiz oldu, amma vura bilmədik. Top sanki qapıdan keçmək istəmirdi.

- Mahir Mədətov oyundan çıxarkən azarkeşlər tərəfindən fitə basıldı. Bu barədə nə deyə bilərsiniz?

- Başa düşmədim, niyə belə etdilər? O, yaxşı oyunçudur, matçı da yaxşı keçirmişdi.

- Növbəti oyunlarda nəyə ümid edə bilərik? Qrupdan çıxmaq şansımız varmı?

- Əlbəttə, hələ ki, şanslarımız davam edir. Biz sübut etdik ki, yaxşı oynaya bilirik.

- Üçillik fasilədən sonra milliyə yenidən dəvət aldın. Təəssüratların necədir?

- Doğrudur, uzun zaman sonra milliyə qayıtdım və iki oyun keçirdim. Düşünürəm ki, normal oynadım.

- 4 il əvvəl sizin də oynadığınız qarşılaşmada Maltaya qalib gəlmişdik. Bu gün isə alınmadı...

- Düşünürəm ki, 4 il öncəkindən daha yaxşı oynadıq, amma futboldur, alınmayanda alınmır.

- O vaxtkı komanda ilə indikini və ya baş məşqçiləri müqayisə edə bilərsən?

- Məşqçimiz çox yaxşı işləyir, biz də yaxşı futbol oynayırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail