Elşad Əhmədov: "Ən pis oyunumuzu oynadıq"

10.11.2018 | 3679 dəfə oxunub

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov  Permyer Liqanın "Səbail"ə 0:4 hesabıyla məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Deyiləcək çox şey yoxdur. Ən pis oyunumuzu keçirdik. Komandada zədəli futbolçular var. Bu, özünü göstərdi. Bəhanə deyil. "Səbail" oyuna tam ciddi hazırlaşmışdı. Onları təbrik edirəm.

- Mikayıl Cabbarov ikinci dəfədir oyununuza gəlmişdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz..

. - Belə şeylərə inanmıram. Komanda oyuna hazır deyildi.

- Topsuz olanda "Sabah" meydanda görünmür. Bu nə ilə bağlıdır?

- Cinahlarda Məqsəd İsayev və Elşən Abdullayev istədiklərini edə bilmədi. Mərkəzdə Kərim Diniyevin olmaması özünü göstərdi. İtkilərimizin olması öz sözünü dedi.

- "Qarabağ"la oyunda daha yaxşı müdafiə olunmuşduz. Bu gün isə əksinə. Bunu nəyə bağlıyırsız?

- "Qarabağ"la oyuna əks hücumda oynamaq üçün hazırlaşmışdıq. Burda isə tam fərqli şəkildə hazırlaşmışdıq.

- Marko Deviçin olmaması özünü göstərdi?

- Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail