Samir Abasov: "İşimiz həddən artıq çətindi"

10.11.2018 | 4030 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XI turunda səfərdə “Neftçi” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

- Bu gün qalibiyyət yerinə düşərdi. Təəssüf ki, bu, baş vermədi. Lider komandaya qarşı belə oynadıq. Uşaqlara dedim ki, qeyri-adi heç nə etmədik. Sadəcə, öz oyunumuzu oynadıq. Yaxşı komanda qurulması üçün vaxt lazımdı. Bugünkü oyunumuz yetərlidi. Uşaqlar can qoydular. Bu, o demək deyil ki, məqsədimiz “Neftçi”ni saxlamaq idi. Yox, əvvəlki matçlarda da belə oyamışdıq. Vəziyyətimiz yaxşı deyil. İki gün bundan qabaq məşqdə heç nədən Kamal Mirzəyev zədələndi, dünənki məşqdə İlkin Qırtımovun ayağı burxuldu, oyundan öncə isinmə hərəkətləri zamanı Dilan Duventru əzələsini dartdı. Oyunun gedişatında Anarın belə olmağı... Bilmirən, bu nədi. İşimiz həddən artıq çətindi. Xahiş edirəm ki, bizi başa düşsünlər. Belə vəziyyətdə futbolabənzər nəsə etməyə çalışırdıq.

 

- Sanki “Neftçi” ilə oyunlarda xüsusi motivasiyanız olur, daha çılğın görünürsüz...
- Biz qələbə qazanmaq istəyirik. Burda “Neftçi” amili yoxdu. Başqa komanda, belə gedişat olsaydı, bundan da artıq ola bilərdi. Bilmirəm, bu fikirlər hardandı. Əsla belə deyil. Bordinlə oyundan əvvəl də də, sonra da görüşdük. İlk oyunda hər ikimizin etirazları var idi. Bəlkə də mənim səhvim idi ki, başa düşmədən tez reaksiya vermişdim.

 

- Anar Nəzirovun durumu nə yerdədi?
- Həkimlər onu içəri aparmaq istəsə də, oyuna baxırdı. Hesab 2:2 idi, amma o, bunu bilmirdi. Beyin silkələnməsi olduğu ehtimal edilir. Vəziyyəti yaxşı deyil.

 

- Kirilo Petrovla nəsə müzakirə edirdiz...
- Pərdisin ona qarşı kobud oynadığını deyirdi. Mən də dedim ki, heç olmasa, sən sərtlikdən danışma. Belə bir kiçik söhbətimiz oldu.

 

- Bu dəfə hakimlər köməkçinizi tribunaya göndərdilər. Halbuki həmişə sizi qaralayırdılar...

- Mən bu gün sakit idim. Köməkçimin nə etdiyini bilmədim.

 

- Sadiq Quliyevi bağışlamısınızmı?

- Sadiq Quliyev bizimlə idi. Komandanın ağsaqqalları xahiş etdilər, mən də bunu nəzərə alıb, Sadiqi geri qaytardıq. Komanda daxilində olan söhbətdi. Hər insana daha bir şans verilməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail